Güzəştli pensiya alanların təqaüdü yenidən necə hesablanır? – CAVAB
13 fevral 2025 11:47 (UTC +04:00)

Güzəştli pensiya alanların təqaüdü yenidən necə hesablanır? – CAVAB

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) güzəştli pensiya alanların təqaüdünün yenidən necə hesablanması ilə bağlıdır.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablanma aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan mətninə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı Qanunla müəyyən edilmiş pensiya yaşı ilə şəxsin faktiki yaşı arasındakı fərq (ayların sayı) 144-ün üzərinə əlavə edilir, vətəndaşın işlədiyi aylar həmin cəmdən çıxılır və müvafiq dövr üzrə toplanmış kapital həmin əmsala bölünür.

Məsələ 1. Vətəndaş 01.03.2019-cu il tarixində 57 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxıb, 01.08.2022-ci ildə isə işdən çıxıb. Vətəndaşın 01.03.2019-01.08.2022-ci illərdəki kapitalı (90%-lə) nəzərə alınmaqla 158-ə bölünməlidir ((144 ay + 55 ay (65 yaş - 60 yaş 5 ay) - 41 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı = 158).

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən, həmin tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanan şəxslərin pensiyasının sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən vətəndaşın işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələ 2. Vətəndaş 01.03.2023-cü il tarixində 60 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxıb, 01.08.2025-ci ildə isə işdən çıxıb. Vətəndaşın 01.03.2023-01.08.2025-ci illərdəki kapitalı (90%-lə) nəzərə alınmaqla 115-ə bölünməlidir ((144 ay - 29 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı = 115).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403

Oxşar yazılar