Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 7-si axşam və 8-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.