FHN: İsmayıllıdakı yanğının meşəlik əraziyə keçməsi ilə bağlı məlumat əsassızdır -YENİLƏNİB
03 sentyabr 2021 19:36 (UTC +04:00)

FHN: İsmayıllıdakı yanğının meşəlik əraziyə keçməsi ilə bağlı məlumat əsassızdır -YENİLƏNİB

“İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında baş verən yanğının meşəlik əraziyə keçməsi ilə bağlı yayılan məlumat əsassızdır”.

lent.az bildirir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Qurum rəsmisi bildirib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır:

"Yanığının meşəlik əraziyə keçməsi barədə xəbərlər həqiqəti əks etdirmir".

G. Mehdiyeva qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

 

19:25

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a  verilən xəbərə görə, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

 

 

18:24

 

Bu gün axşam saatlarında İsmayıllı rayon Keyvəndi bələdiyyəsinə məxsus örüş sahəsində baş verən yanğın sonradan meşəyə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov Lent.az-a bildirir ki, hazırda nazirliyin bütün qüvvələri və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsinə çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2796
avatar

Oxşar yazılar