Fərqlənmə nişanı üçün toplanan məbləğ açıqlandı - RƏSMİ
18 yanvar 2021 13:00 (UTC +04:00)

Fərqlənmə nişanı üçün toplanan məbləğ açıqlandı - RƏSMİ

Karantin rejimi dövründə fəaliyyətinə icazə verilən 10232 nəfər taksi ilə sərnişindaşıma və 9086 nəfər yükdaşıma xidməti göstərən sürücü barədə məlumatlar "icaze.e-gov.az" portalına yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ötən ilə aid hesabatında qeyd olunub. Bildirilir ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində verilən 104 828 ədəd fərqlənmə nişanı üzrə 1 815 440 manat məbləğində vergi ödənilib. Bunlardan 13 078 ədəd şəhərdaxili, 4 683 ədəd şəhərlərarası, 16 426 ədəd taksi, 63 656 ədəd yükdaşıma, 2 652 ədəd sifarişlə və 4333 ədəd xüsusi fərqlənmə nişanı təqdim edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Oxşar yazılar