Etibarnamə ilə maşın satmağın hansı təhlükəsi var?
27 may 2021 19:52 (UTC +04:00)

Etibarnamə ilə maşın satmağın hansı təhlükəsi var?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu avtomobillərin etibarnamə ilə satılmasıdır.

Əksər hallarda həmin sənədlə maşın satanlar sonradan onların adına cərimə yazılmasından şikayətlənirlər. Bundan əlavə, həmin dövlət sənədi ilə daşınar əmlak alanlar müəyyən problemlə üzləşirlər.

Görəsən, etibarnamə doğrudan da alqı-satqı sənədidirmi? Maşını bu sənədlə satdığı üçün adına cərimə yazılanlar nə etməlidir?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, etibarnamə alğı-satqı sənədi deyil və belə “alver etmək” böyük risklər daşıyır:

"Norma" hüquq mərkəzinin rəhbəri Şamil Paşayev

“Etibarnamə alqı-satqı müqaviləsini özündə ehtiva etmir və mülkiyyətçi olmaq demək deyil. Ona görə də ən yaxşı üsul alqı-satqı etmək və ya avtomobili öz adına keçirməkdir. Etibarnamə ilə satış edəndə böyük risklər yaranır. Məsələn, əgər evli olan mülkiyyətçi nə vaxtsa boşansa, ər, yaxud arvad həmin avtomobilə iddia edə bilər. Bundan başqa, vətəndaşın banka borcu olsa, məcburi icra aktı həyata keçirə bilərlər. Əgər məhkəmə qətnaməsi, yaxud icra aktı çıxsa, onun həmin avtomobilə yönəlmək ehtimalı çoxdur. Çünki burada maşın etibarnamə ilə alanın adına deyil.

Xüsusi texniki vasitələrdə də cərimələrin mülkiyyətçiyə göndərilməsi ilə bağlı Dövlət Yol Polisinə müraciət edilməlidir. Burada avtomobili mülkiyyətçinin idarə etmədiyi qeyd olunmalıdır. Bununla da bütün sənədlərin etibarnamə alan şəxsə aid olduğunu göstərmək olar. Diqqətli olmaq lazımdır ki, etibarnamə alqı-satqı sənədi deyil. Buna görə də, o özündə xeyli risklər daşıyır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4086
avatar

Mehman Nəbiyev

Oxşar yazılar