Azərbaycan-Ermənistan dövlət sərhədində guya Ordumuzun bölmələri tərəfindən açılan atəş nəticəsində qarşı tərəfin hərbi qulluqçusu David Vardanyanın yaralanması barədə Ermənistan mətbuatı növbəti dezinformasiya xarakterli məlumat dərc edib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, sözügedən xəbər həqiqəti əks etdirmir.