Əməkdar jurnalist vəfat etdi
27 dekabr 2021 10:32 (UTC +04:00)

Əməkdar jurnalist vəfat etdi

Yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev vəfat edib.

Lent.az xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Əhməd İsayev 1940-cı il avqustun 30-da Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb
Qeyd edək ki, o, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti (1987), “Qızıl qələm” (1974), “Ustad” ali jurnalistika (1995), “Həsən bəy Zərdabi” (1996) və “Araz” (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinin sədri olub.

 

# 2748
avatar

Aytəkin Cəlali

Oxşar yazılar