Əlilliyin yeni qiymətləndirmə meyarları - NƏLƏR DƏYİŞİR?
04 iyun 2021 13:07 (UTC +04:00)

Əlilliyin yeni qiymətləndirmə meyarları - NƏLƏR DƏYİŞİR?

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.

Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablandıran Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, hazırda əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun həyata keçirilir:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova

“Sözügedən meyarlarda köhnə yanaşma və köhnə standartlar yer alırdı. Yeni dövr isə fərqli yanaşma və yeni standartlar tələb edir. Bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uzun müddətdir ki, yeni meyarlar üzərində çalışırdı.

Vurğulamaq istəyirəm ki, yeni “Əlilliyin müəyyən olunması meyarları” layihəsi hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya, Türkiyə və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib, Avropa İttifaqının “Fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi təhlil edilib, Ümumdünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı” və “Funksionallığın Beynəlxalq Təsnifatı”ndan geniş istifadə olunub.

Cari icra edilən qanunlarda qruplar üzrə (I, II, III) təyinatlar aparılır. Lakin yeni meyarlarda dərəcə və qruplar tamamilə götürüləcək və əvəzinə faiz diapazonu ilə qiymətləndirmə aparılacaq. Cari qanunvericilikdə tətbiq edilən I dərəcə orqanizmin funksiyalarının 81-100 %, II dərəcə 61 – 80 %, III dərəcə isə 31 – 60 % diapazonunda itirilməsi kimi hesablanacaq”.

G.Əzizova əlavə edib ki, bundan başqa yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq:

“Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3366
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar