Dünyanın ən dəhşətli  tıxac olan   şəhərləri - SİYAHI
24 sentyabr 2023 17:31 (UTC +04:00)

Dünyanın ən dəhşətli tıxac olan şəhərləri - SİYAHI

Böyük Britaniyanın paytaxtı dünyanın ən yüklənmiş şəhəri kimi tanınır. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının statistikasına istinadən xəbər verilir.

2022-ci ilin pik saatlarında mərkəzləri ən sıx olan dünyanın böyük şəhərlərinin reytinqinə əsasən, Londonda nəqliyyatın hərəkəti ilə bağlı vəziyyət ən pisdir. Orada 10 kilometr məsafəni avtomobillə qət etmək 36 dəqiqə 20 saniyə çəkəcək. 

Sıxlıq reytinqində ikinci yeri 29 dəqiqə 10 saniyə göstərici ilə Hindistanın Banqalor şəhəri tutub. Reytinqdə üçüncü yerdə İrlandiyanın paytaxtı Dublin qərarlaşıb.

Tıxacların olduğu ilk 10 şəhərə Sapporo (Yaponiya), Milan (İtaliya), Puna (Hindistan), Buxarest (Rumıniya), Lima (Peru) və Manila (Filippin) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4725
avatar

Oxşar yazılar