Elçin Quliyev
30 noyabr 2021 19:28 (UTC +04:00)

Elçin Quliyev

DSX rəisi qəzaya uğrayan helikopterlə bağlı AÇIQLAMA VERDİ

Bu gün Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-pol­kovnik Elçin Quliyev deyib.

General qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunduqlarını deyib.

# 2145
avatar

Oxşar yazılar