Dərslər başlayır, ictimai nəqliyyatda problem yaranır - Həll yolu nədir?
04 sentyabr 2025 11:06 (UTC +04:00)

Dərslər başlayır, ictimai nəqliyyatda problem yaranır - Həll yolu nədir?

0

Yeni tədris ilinin başlaması Bakıda ictimai nəqliyyata düşən yükü daha da artıracaq. İldən-ilə paytaxtda təhsil alanların sayı artdıqca, metrolarda, avtobuslarda sıxlıq daha da çoxalır.

Bəs bu problemi necə aradan qaldırmaq olar? Bakıdakı ictimai nəqliyyat sıxlığının həll yolu nədədir?

Lent.az-a məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, tıxacları həll etməyin yolu çoxşaxəli nəqliyyat trayektoriyası ilə mümkündür:

“Tıxac problemi ən çox yeni tədris ilinə keçiddə ortaya çıxır. Xüsusən məktəblərin ətrafında nəqliyyat vasitələrinin saxlanması, uşaqların sürücülərlə dərsə gedib-gəlməsi, metroda yüklənmələr, dayanıqlı nəqliyyat sisteminin ardıcıl hərəkət istiqaməti üzrə paylanılmaması tıxacları yaradan əsas səbəblərdəndir.

Bu problemlərin aradan qaldırılması, insan yükünün azaldılması üçün bərabərtərəfli, çoxşaxəli nəqliyyat trayektoriyasını hazırlamaq lazımdır. Bunun mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitələri hər yerə eyni formada gedişi və gəlişi təmin etməlidir. Bu halda məsələni həll etmək olar, əks halda bu problemlər dayanmadan artacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar