"Dərmanlarla bağlı böyük problemlər var" -  Deputat
22 noyabr 2022 15:29 (UTC +04:00)

"Dərmanlarla bağlı böyük problemlər var" - Deputat

“Hökumət inflyasiya ilə mübarizə aparır. İnflyasiya ilə ən yaxşı mübarizə bolluq yaratmaqdır”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.

“Demirəm ki, maşın, gəmi istehsal edək. Ərzaq və kənd təsərrüfatı mallarının istehsalı sürətlə artırılmalıdır. Biz gərək nəzərə alaq ki, bolluq yaratmaq üçün mikro, orta, kiçik bizneslə bağlı bütün problemləri həll etməliyik. Gərək kiçik və mikro biznesə xüsusi şərtlər yaradaq. Məsələn, 3 illik vergi tətillər etmək, kommunal xərcləri 50%, ümumiyyətlə, vergini azaltmaq olar. Yetər ki, bölgələrdə müəssisələr yaransın. Bizə kənd təsərrüfatı inkişafının bugünkü faizi qane etmir. Bizə kənd təsərrüfat məhsullarını sürətlə inkişaf etdirək lazımdır”, - deyə deputat vurğulayıb.

Dərmanlarla əlaqədar məsələyə toxunan Rüfət Quliyev Türkiyə şirkətlərinin Azərbaycana dəvət edilməsini tövsiyə edib:

“Türkiyə səhiyyəsi problemini həll etmək üzrə dünyada birinci onluqdadır. Oradakı şirkətləri bura dəvət edək, gəlib filial açsınlar. Dərmanlarla bağlı böyük problemlər var. Yeni problem “Aspirin Kardio” və “Aspirin”lə bağlıdır. Artıq bir aydır bu dərmanlar satışda yoxdur”

# 2121
avatar

Oxşar yazılar

 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16