"Dərmanların qiyməti və keyfiyyəti ilə bağlı xeyli problem var" - Komitə sədri
20 sentyabr 2022 16:27 (UTC +04:00)

"Dərmanların qiyməti və keyfiyyəti ilə bağlı xeyli problem var" - Komitə sədri

“Əhalidə dərman vasitələri ilə bağlı xeyli narazılıqlar var”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problem var: “Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Qardaş Türkiyə ilə müqayisədə dərman qiymətlərində xeyli fərqlər var. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır”.

Deputat qeyd edib ki, dializlə bağlı da Hesablama Palatası yoxlama həyata keçirib: “Payız sessiyasında bunu çatdırmasaq da növbəti yaz sessiyasında bununla bağlı da dinləmə keçirək. Sədr Sahibə Qafarova ilə söhbət edəndən sonra bu məsələni müzakirəyə çıxarmaq olar”.

# 1662
avatar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55