Daşkəsənə  dolu yağdı   - FAKTİKİ HAVA
30 may 2024 17:45 (UTC +04:00)

Daşkəsənə dolu yağdı - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, mayın 30-u saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. 

Lakin Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Saat 16:07-16:08-də Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421
avatar

Oxşar yazılar