COVİD-ə yoluxan hamilələr arasında ÖLÜM qeydə alınıbmı? - CAVAB
03 mart 2022 17:52 (UTC +04:00)

COVİD-ə yoluxan hamilələr arasında ÖLÜM qeydə alınıbmı? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu COVİD-ə yoluxan hamilə qadınların ölümü ilə bağlıdır.

Maraqlıdır, son aylarda COVİD-ə yoluxan hamilə qadınlar arasında ölüm qeydə alınıbmı?

Lent.az-ın bu sualını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova cavablandırıb.

Onun sözlərinə görə, son 6 ay ərzində Azərbaycanda COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb:

"COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikanın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir. Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb. Koronavirusa yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur".

Şəymən Qədimova

Həkim-ginekoloq hamilələrin koronavirusa qarşı vaksinasiya olunması məsələsinə də aydınlıq gətirib: 

"Dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir. Lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır. Virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi peyvənləşməyə cəlb oluna bilərlər. Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir. İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla bütün qadınlar süd verməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Fidan İlqar

Oxşar yazılar