Çörək sexində antisanitar şərait: Agentlikdən XƏBƏRDARLIQ
13 mart 2021 14:40 (UTC +04:00)

Çörək sexində antisanitar şərait: Agentlikdən XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Lent.az-a bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Şahin Müzəffər oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirilib. Yoxlama zamanı sexin sanitariya norma və qaydalarına, qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub. Belə ki, sexdə çörək istehsalı zamanı istifadə edilən un və duzun birbaşa döşəmə üzərində saxlanıldığı, xammal olaraq istifadə edilən unun kənar qarışıqlardan təmizlənmədiyi, sexin girişində dezbaryerlərin qurulmadığı, divarların vaxtaşırı olaraq təmizlənmədiyi aşkar edilib. Sexə baxış zamanı məlum olub ki, anbarda temperatur və nisbi rütubətə nəzarət edən nəzarət-ölçü cihazları yerləşdirilməyib, çirkab suların yığılması, həşərat və yad cisimlərin girişinin əngəllənməsi məqsədilə heç bir tədbir görülməyib, həmçinin sexdə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmayıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3020

Oxşar yazılar

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Bakının bu ərazilərində qaz kəsilib

Bakının bu ərazilərində qaz kəsilib

25 avqust 2025 , 13:25
Leysan, şimşək, dolu  - Sabahın HAVASI

Leysan, şimşək, dolu - Sabahın HAVASI

25 avqust 2025 , 12:17
Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

25 avqust 2025 , 11:26
Bakını toz bürüdü

Bakını toz bürüdü

25 avqust 2025 , 09:10
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

25 avqust 2025 , 08:22
Bu həftə böyük maliyyə uğurlarına  zəmanət verilən 3 BÜRC

Bu həftə böyük maliyyə uğurlarına zəmanət verilən 3 BÜRC

25 avqust 2025 , 00:02