Çindən olan sifarişlər niyə gec gəlir? - AÇIQLAMA
16 aprel 2022 14:57 (UTC +04:00)

Çindən olan sifarişlər niyə gec gəlir? - AÇIQLAMA

Son zamanlar sosial şəbəkələrdə Çindən olan poçt göndərişlərinin və sifarişlərin çox gec gəlməsi ilə bağlı məlumatlar yayılır və bu səbəbdən şikayətlər öz əksini tapır. 

Çindən Azərbaycana çatdırılma edən yerli “Limak” şirkətindən Lent.az-a bildirilib ki,  sifarişlərin gecikməsinə səbəb sözügedən ölkədə baş verən pandemiyadır: 

“Pandemiyanın növbəti bir mərhələsi başlayıb. Honkonq və bəzi şəhərlərdə karantin rejimi tətbiq edilib. Buna görə də göndərişlərin Çin anbarına çatması kifayət qədər gecikib. Bəzən olur ki, göndərişlər Çin anbarına 15-20 gün müddətinə, bəzən isə 1 aya qədər çatır. Bu səbəbdən sifarişlər Azərbaycana gec göndərilir". 

“Limak” şirkətindən o da bildirilib ki, məhsullar onların Çin anbarına çatandan sonra bacardıqca tez bir şəkildə sifarişləri Azərbaycana göndərməyə çalışırlar. 

Qeyd edilib ki, Çindən olan sifarişlər sonuncu dəfə 3 gün əvvəl Azərbaycana çatdırılaraq sifarişçilərə təhvil verilib. Hazırda növbəti göndərişlər yoldadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2580
avatar

Sevinc Fərid

Oxşar yazılar