Çimərlik mövsümü ilə bağlı tapşırıqlar verildi
02 iyun 2021 17:45 (UTC +04:00)

Çimərlik mövsümü ilə bağlı tapşırıqlar verildi

İyunun 2-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar  tədris-metodiki toplantı keçirilib.

Nazilrikdən Lent.az-a verilən xəbərə görə, toplantıda xidmətin rəhbərliyi, dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2020-ci il ərzində su obyektlərində suda boğulma hadisələri ilə mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib. Eyni zamanda, su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və insanların sularda təhlükəsizliyinin təmin olunması sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülmüş işlər diqqətə çatdırılıb.

Daha sonra xidmətin struktur bölmələrinin əməkdaşları 2021-ci il üçün çimərlik mövsümünə hazırlıq işlərinin təşkili, suda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydaları, xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik tələbləri haqqında hesabat xarakterli çıxışlar ediblər.

Sonda xidmət rəisi insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkili üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Oxşar yazılar