"Burunlarından gəlsin"  - Hafiz Hacıyev Vilyama qalan mirasdan SÖZ AÇDI
27 may 2022 17:15 (UTC +04:00)

"Burunlarından gəlsin" - Hafiz Hacıyev Vilyama qalan mirasdan SÖZ AÇDI

“Vilyam Hacıyevin yoldaşının babasının sovet dövründə 1 manatı da olmazdı”.

Bu sözləri Lent.az-a Vilyam Hacıyevin əmisi nəvəsi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Xatırlatma:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə iclası zamanı sabiq icra başçısı Vilyam Hacıyev ifadə verən zaman dediyi bir neçə məqam müəammalı qalıb. 

Belə ki, prosesdə dövlət ittihamçısı çıxış edərək Vilyam Hacıyevin Bakıdakı mənzilindən 2 milyon 500 min dollar və 1 milyon avro aşkar edildiyini vurğulayıb. 

Keçmiş icra başçısı isə buna belə açıqlama verib:

"Həmin pullar barədə tam açıqlama verirəm. O pullar rüşvətlə əldə edilməyib.  Həmin vəsaitlər mənim həyat yoldaşımın babasından və qohumlarından miras qalıb”. 

Maraqlıdır, Vilyam Hacıyevin yoldaşının babası kimdir?

Hafiz Hacıyevin sözlərinə görə, Cülyetta Hacıyevin babasının o qədər pulunun olması mümkünsüzdür:

“Siz belə deyirsiz, amma Vilyam Hacıyevlə o qədər də yaxın qohumluğum yoxdur. Sadəcə, atamın əmisi nəvəsidir. 

Cülyetta Hacıyevanın babasının o pulu haradan aldığını bilmirəm. Sovet dövründə heç dollar da yox idi. 

Onların burnundan gəlsin, prezidentə hamısı xəyanət elədi. Heyf, prezidentin əziyyətinə. Cülyetta haradan alıb, neçə alıb, onu bilmirəm. Hər halda, bu yanlış fikirdir. Onun babasını da tanımıram. 

Cülyetta Ramiz Mehdiyevin yoldaşının xalası qızıdır. Ramiz Mehdiyevin də yoldaşı erməni əsilli idi. Amma, hər halda onların o qədər pulları olması mümkün deyil. 

O qədər pulları var idisə, niyə icra başçısı olurdu? Böyük zavod, fabrik açardılar. Yalan söhbətdir”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4635
avatar

Fidan İlqar

Oxşar yazılar