Buraxılış imtahanlarının nəticələri  AÇIQLANDI
06 may 2021 18:12 (UTC +04:00)

Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan nəticələri saat 17:50-dən etibarən Mərkəzin saytına yerləşdirilib.

Məlumata görə, tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər isə imtahana gəlməyib.

 

# 2322
avatar

Oxşar yazılar