Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 2023-cü il dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a "Azərsu" ASC-dən bildirilib.
Yaranan narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.