Bu məktəbdə  Yeni il şənliyi üçün 120 manat  tələb olunur - İDDİAYA CAVAB - Yenilənib
25 dekabr 2024 12:48 (UTC +04:00)

Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - İDDİAYA CAVAB - Yenilənib

23 nömrəli orta məktəbin Yeni il şənliyi ilə bağlı 120 AZN toplaması iddialarına cavab verilib.

Məktəbdən Lent.az-a verilən açıqlamada bildirilib ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar valideynlərdən hər hansı bir vəsaitin toplanması ilə bağlı rəhbərlik tərəfindən heç bir tapşırıq verilməyib:

"Məktəbdən kənarda təşkil edilən tədbirlər valideynlərin öz təşəbbüsləri ilə həyata keçirilir və bu tip tədbirlərə müdaxilə edilmir".

***

11:29

Son günlərdə 23 nömrəli orta məktəbdə Yeni il şənliyini qeyd etmək üçün restoran ödənişi olaraq uşaqlardan 120 AZN pul yığıldığı ilə bağlı iddialar yayılıb. 

Bununla bağlı Lent.az-ın əməkdaşı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət ünvanlayıb.

Agentlik məktəb rəhbərliyinin məsələ ilə bağlı ümumi açıqlama verəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3306
avatar

Ləman Sərraf

Oxşar yazılar