Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin olunub.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Ali Məhkəmənin hakimi təyin ediliblər:
Dadaşov İlqar Ağadadaş oğlu;
Əhmədov Əhməd Abbas oğlu;
Əliyev Ələsgər Əliabbas oğlu;
Kərimov Fərhad Abdukərim oğlu;
Mövsümov Nazim Rasim oğlu;
Nağıyev İman Məmməd oğlu;
Rəcəbov İlkin Əbülfəz oğlu;
Kərimov Səyyad Əli oğlu.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimləri təyin olunub:
Allahverdiyev Əli Kərim oğlu;
Kuimova Vera Gennadiyevna;
Qurbanov Yusifəli Süleyman oğlu.
“Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsi hakimləri təyin edilib:
Həmidov Həmid Üzeyir oğlu;
Hüseynov Azər Soltanhəmid oğlu;
Tağızadə Mirzə Nəsib oğlu;
Babayev Zəki Baba oğlu;
Bəktaşi Səadət İnayət qızı;
Əkbərov Mübariz Dosməmməd oğlu;
İbrahimli İbrahim Adil oğlu.
“Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Gəncə Apellyasiya Məhkəməsi hakimləri təyin edilib:
Salman Bilal oğlu Hüseynov;
Mirbahəddin Mirdamət oğlu Hüseynov.
Eyni zamanda qərar layihəsinə görə, Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
“Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub:
İlqar Kamal oğlu Dəmirov;
Ağayev Rəşadət Əhməd oğlu;
Paşayev Tofiq Temir oğlu.
“Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qərar layihəsinə əsasən, Nuru Quliyev vəzifəsi dəyişdirilərək Şəki Apelyasiya Məhkəməsinin hakimi təyin edilib.
Həmçinin, qərar layihəsinə görə, Rafail Əyyub oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
“Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub:
Vəli Əsgər oğlu Abdullayev;
Allahyarov Zaur Mirzağa oğlu;
Bağırov Məhəmməd Ənvər oğlu;
Mayılov Samir İlham oğlu.
Qərar layihələri səsə qoyularaq bir oxunuşda qəbul edilib.