Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
13 fevral 2025 10:03 (UTC +04:00)

Bu gün Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün Bakının Binəqədi və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində "Hacı Mövlan” ölçü qovşağı üzərində filtrin quraşdırılması, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədilə, fevralın 13-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin, Xəzər rayonu üzrə Qala kəndinin, Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137

Oxşar yazılar