"Bizdə olsaydı, dünya yazardı, Britaniya mediası susur" - AMAŞOV YAZIR
05 avqust 2022 18:46 (UTC +04:00)

"Bizdə olsaydı, dünya yazardı, Britaniya mediası susur" - AMAŞOV YAZIR

Mətbuat Şurasının İdarə Heyətinin sədri Əflatun Amaşov Londondakı hadisəni qınayır.

Lent.az-ın məlumatına görə, o bildirib ki, Britaniyanın aparıcı media orqanları Azərbaycanın Londondakı əsas diplomatik nümayəndəliyinə qarşı hücumun təqdimatına demək olar, yer vermədilər:

"Baxmayaraq ki, təxribat aktı Avropa üçün təhlükəli sayılan dini fanatizm, islam fundamentalizmi rənglərinə bürünmüşdü. Başqa vaxt qitənin islamafobları ayağa qalxardılar. İndi onlar da susublar. Belə görünür, ya Britaniya Avropa deyil, ya da biz Britaniyanın olduğu Avropanı tanımırıq. Nəticəyə gəlirəm ki, islamafobiyanın özü də qəlibləşdirilmiş siyasi struktura malikdir. Yəni bu cərəyanın reaksiya verəcəyi durumlar da kifayət qədər konkretdir. Hər şey ölçülü-biçilidir, hesablanmışdır. Nə isə, sözüm bunda deyil. 

Təsəvvür edək ki, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinə hücum olub, Britaniya bayrağı endirilib. Lap Böyük Britaniyanı bir kənara qoyaq, ölkəmizdəki hər hansı xarici ölkənin diplomatik missiyasında təxribat törədilib. Bircə anlığa dünya mediasının nələrdən yazacağını düşünün? Hansı paralellər aparacağını da. Bəlkə hələ öz vətəndaşlarını Azərbaycana səfərdən imtina etmək yönümlü çağırışlar edən kütləvi informasiya vasitələri də tapılardı. 

Ancaq “BBC”, “ITV”, “Sky news” kimi nüfuzlu telekanallar, “The Times”, “Daily Mail”, “The Telegraph”, “The Spectator”, “Private Eye”, “The Guardian” kimi populyar nəşrlər Azərbaycan səfirliyinə qarşı hücumu, yəni faktiki olaraq Britaniyadakı Azərbaycan ərazisində törədilmiş təxribatı susaraq qarşıladılar. Yalnız az populyar nəşrlərdə hadisə barədə ötəri təqdimata rast gəlinir. Eyni yolu “BBC”nin Azərbaycan və Fars xidməti də tutdu. Yeri gəlmişkən, onu da deyim ki, BBC Azərbaycanda cinsi azlıqların nümayişini canlı yayımlayırdı. 

Azərbaycanın Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə qarşı hücum və bayrağımıza qarşı aşkar hörmətsizlik faktına media yanaşması bir daha onu göstərdi ki, dünyada peşəkar jurnalistika standartları gerçək hədəf və mahiyyətindən uzaqdır. Bu standartlar özünü yalnız siyasiləşmiş və ya siyasiləşdirilmiş məsələlərə münasibətdə göstərir".

# 2112
avatar

Fidan İlqar

Oxşar yazılar

COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55
Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

3 may 2024 , 10:52