Bir ayda 880 nəfər zəhərlənib, 20-si uşaqdı - RƏSMİ
01 avqust 2022 10:05 (UTC +04:00)

Bir ayda 880 nəfər zəhərlənib, 20-si uşaqdı - RƏSMİ

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib.

Qurumdan Lent.az-a verilən məlumata görə, onlardan 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.  

Zəhərlənən şəxslərin 66-sı qadın, 72-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991
avatar

Fidan İlqar

Oxşar yazılar