"Beta tea" şirkəti çay bağı salmaq üçün ağacları məhv edib? - RƏSMİ CAVAB
30 iyun 2021 17:01 (UTC +04:00)

"Beta tea" şirkəti çay bağı salmaq üçün ağacları məhv edib? - RƏSMİ CAVAB

"Ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub".

Bu sözləri Lent.az-a açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağı Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə çay bağının salınması üçün  “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib:

"Ərazidə ağac kəsilməsi faktı olmayıb, olmayacaq və ağacların məhv edilməsindən də söhbət gedə bilməz.  

Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir".

N.Xıdırov əlavə edib ki, ərazi nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar