Bərdədə yas mərasimində zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
23 fevral 2025 12:00 (UTC +04:00)

Bərdədə yas mərasimində zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

Bərdədə yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb.

"23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub".

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar