Avtomobillə səyahət edənlər üçün yanacağın qiyməti kritikdir.
Lent.az xarici mətbuata istinadla müxtəlif ölkələrdə hansı xərclərin gözlədiyini bilmək üçün 2025-ci ildə benzinin ən bahalı və ən ucuz olduğu ölkələrin siyahısını təqdim edir.
Benzinin ən ucuz olduğu 10 ölkə
Neft hasil edən ölkələr ənənəvi olaraq ən ucuz benzinə görə dünyada liderlik edirlər. Hökumət subsidiyaları və ya böyük daxili neft ehtiyatları sayəsində yanacağın qiymətləri simvolik ola bilər.
Lakin aşağı qiymət heç də həmişə asan əlçatanlıq demək deyil - bəzi ölkələrdə qazanc o qədər aşağıdır ki, hətta ucuz benzin də kömək etmir. Gəlin görək yanacağın ən ucuzu haradadır və bu, adi vətəndaşın pul kisəsi üçün nə deməkdir.
İran
Benzinin litri 0,029 dollardır. Orta əmək haqqı 715 dollardır. Bu pula 24650 litrdən çox benzin almaq olar.
Liviya
Bir litrin qiyməti - 0,031 dollar. Orta aylıq gəlir - 275 dollar. Bu, təxminən 8870 litr yanacaq almağa imkan verir.
Venesuela
Yanacağın qiyməti litr üçün 0,035 dollardır. Əmək haqqı ayda 230 dollardır. Sürücü təxminən 6570 litr benzin doldura bilir.
Anqola
Bir litr benzinin qiyməti 0,328 dollardır. Orta gəlir 283 dollardır. Bu, demək olar ki, 863 litr benzin almağa imkan verir.
Misir
Yanacağın qiyməti - 0,336 dollar. Əmək haqqı - 210-250 dollar. Orta hesabla bu, ayda 625-744 litrdir.
Küveyt
Benzinin qiyməti 0,341 dollardır. 4980 dollar maaşla təxminən 14600 litr ala bilərsiniz.
Əlcəzair
Bir litrin qiyməti 0,344 dollardır. Orta əmək haqqı 315 dollardır. Bu, təxminən 916 litr benzin almağa imkan verir.
Türkmənistan
Bir litrin qiyməti 0,429 dollardır. Əmək haqqı 315-345 dollardır. Orta hesabla 735-804 litr ala bilərsiniz.
Malayziya
Yanacağın qiyməti 0,464 dollardır. 525 dollar gəlirlə 1131 litr benzin almaq olar.
Qazaxıstan
Benzinin qiyməti 0,498 dollardır. Orta əmək haqqı 885 dollardır. Bu, ayda təxminən 1777 litr yanacaq deməkdir.
Benzin ən bahalı olduğu 10 ölkə
İnkişaf etmiş ölkələrdə yüksək vergilər, idxal xərcləri və ekoloji ödənişlər səbəbindən benzin çox vaxt ən bahalıdır. Bununla belə, bu xərclər əmək haqqının səviyyəsi ilə kompensasiya edilir - sakinlərin baha olmasına baxmayaraq, yanacaq ala bilirlər.
Bu ölkələrin əksəriyyəti ictimai nəqliyyata və ya elektrik avtomobillərinə üstünlük verir ki, bu da benzinə olan tələbatı qismən azaldır. Benzinin harada daha baha olduğunu və bunun əhalinin alıcılıq qabiliyyətinə təsir edib-etmədiyini öyrənək.
Honq Konq
Qiymət - 1 litr üçün 3429 dollar. Orta əmək haqqı - 4756 dollar. Bu, cəmi 1387 litr benzin almağa imkan verir.
İslandiya
Benzinin qiyməti 2312 dollardır. 5775 dollar maaşla təxminən 2499 litr ala bilərsiniz.
Hollandiya
Bir litrin qiyməti 2116 dollardır. Orta gəlir 3771 dollardır. Bu, ayda 1781 litr benzin deməkdir.
Danimarka
Yanacağın qiyməti 2086 dollardır. Orta əmək haqqı 5440 dollardır. Bu, 2607 litr benzin almaq üçün kifayətdir.
Sinqapur
Qiymət - 1 litr üçün 2066 dollar. Əmək haqqı 3855 dollardır. Bu, 1866 litr benzin doldurmağa imkan verir.
Lixtenşteyn
Bir litr benzinin qiyməti 2055 dollardır. 5605 dollar gəlirlə siz 2728 litr yanacaq ala bilərsiniz.
İsrail
Qiymət - 1 litr üçün 2052 dollar. Orta əmək haqqı - 3610 dollar. 1760 litr benzin üçün kifayətdir.
İsveçrə
Benzin - litri 1981 dollar. Əmək haqqı - 7620 dollar. Bu, 3848 litr benzin almağa imkan verir.
İrlandiya
Bir litrin qiyməti 1952 dollardır. 4020 dollar gəlirlə siz 2059 litr doldura bilərsiniz.
İtaliya
Benzinin qiyməti 1949 dollardır. Orta əmək haqqı 3177 dollardır. Bu, 1630 litr yanacağa bərabərdir.