Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi
21 may 2024 16:02 (UTC +04:00)

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

Mayın 21-də baş prokuror Kamran Əliyev Nizami rayon prokurorluğunun inzibati binasında Nizami rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, qəbulda iştirak edən 50 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3126
avatar

Oxşar yazılar