Bakının məşhur bazarı kimlərin qurbanına çevrilir? - VİDEO
16 iyul 2022 17:46 (UTC +04:00)

Bakının məşhur bazarı kimlərin qurbanına çevrilir? - VİDEO

Paytaxtda növbəti bazarın sökülməsi ilə bağlı satıcılara xəbərdarlıq olunub. Söhbət Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 2005-ci ildən fəaliyyət göstərən “Günəş” Ticarət Mərkəzindən gedir.

Lent.az APATV-yə istinadən xəbər verir ki, 17 ildir fəaliyyət göstərən bu ticarət obyektində ucuz, sərfəli və keyfiyyətli kənd təssərrüfatı məhsulları ilə yanaşı, eləcə də tikinti materialları, geyim, məişət avadanlıqlarının satışı həyata keçirilir. Həftəsonu isə bu ticarət obyektində kənd təssərrüfatı məhsullarının yarmarkası təşkil olunur.

Təxminən 80 minə yaxın qəsəbə sakininə xidmət edən bazarın bağlanmaması üçün satıcılar da, sakinlər da aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Amma nə səslərinə səs verən var, nə da hallarına yanan:

Belə şikayətçi satıcıların sayı nə birdir, nə beş. İllərdir burda çalışan satıcılar deyir ki, ilk gündən büdcəyə vergi ödəyirlər. Bütün kommunal ödənişlər də vaxtlı-vaxtında həyata keçirilir:

Sözügedən ərazidə bu ticarət obyektindən başqa digər bazar yoxdur, yalnız bir neçə market var. Bundan başqa, bazarın önündə mağazalar da fəaliyyət göstərir ki, onların da bazar rəhbərliyi tərəfindən söküləcəyi ilə bağlı sahibkarlara xəbərdarlıq olunub.

Baxmayaraq ki, sözügedən bazarın ətrafında kifayət qədər boş ərazilər, hətta yarımtikililər var, buna baxmayaraq, “Günəş” Ticarət Mərkəzinin rəhbərliyi məhz bu ərazini hədəf kimi seçib.

Sahibkarların, satıcıların, alıcıların şikayətinə aydınlıq gətirmək məqsədi ilə “Günəş” İnşaat MMC-nin rəhbərliyi ilə əlaqə saxladıq. Özünü Birinci Qarabağ Müharibəsinin iştirakçısı kimi təqdim edən Natiq Həsənov qeyd etdi ki, həftəsonu olduğu üçün o, istirahətdədir. Əlavə etdi ki, insanların problemini həll etmək onun öhdəliyi deyil, çünki o müvəqqəti olaraq təhkim olunub. Eyni zamanda artıq “Günəş” İnşaat MMC Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edib. Sözügedən ərazidə yaşayış kompleksi və ticarət mərkəzi fəaliyyət göstərəcək. Sahibkarlarla isə onlar gələn həftənin ikinci günü görüşüb real vəziyyəti izah edəcəklər.

Problemlə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Bildirildi ki, bu gün həftə sonu olduğu üçün gələn həftə sahibkarlarla görüşüb, onların problemlərini dinləyəcəklər.

# 4596
avatar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10