Bakının bu yollarında TIXAC  var
06 avqust 2021 13:21 (UTC +04:00)

Bakının bu yollarında TIXAC var

Hazırda Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, tıxac olan yollar bunlardır:

1. Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra,DİN Hospitalın qarşısına qədər olan hissə,20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıq.Səbəbi isə,Yol – nəqliyyat vasitələrinin çoxluğudur.

2. Qara Qarayev prospeklti – (Babək prospekti ilə kəsişməni keçdikdən sonra,Xalqlar Dostluğu metro stansiyasının qarşısı da daxil olmaqla,Bəhruz Nuriyev küçəsi ilə kəsişməyə qədər,Neftçilər metro stansiyası istiqamətində) sıxlıq

3. Tbilisi prospekti – Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq,əsasən,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər,şəhər istiqamətində) nisbətən sıxlıq

4. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla,Səməd Vurğun küçəsi ilə kəsişmədən,Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər,Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıq

5. Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən,Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi,Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar