Bakının Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Məlumata görə, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün paytaxtın Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.