Bakını toz bürüyüb - RƏSMİ AÇIQLAMA
20 sentyabr 2022 10:15 (UTC +04:00)

Bakını toz bürüyüb - RƏSMİ AÇIQLAMA

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova Lent.az-a bildirib ki, dispers toz hissəcikləri  Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb. 

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir”.

G.Abbasova onu da qeyd edib ki, hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə edə bilərsiniz.

# 2268
avatar

Fidan İlqar

Oxşar yazılar