Bakıda son 21 ildə belə hal oldu
02 aprel 2023 13:36 (UTC +04:00)

Bakıda son 21 ildə belə hal oldu

Yağıntıların qeyri bərabər paylanması uzun çəkən azyağıntılı dövrdən sonra, yağıntının bir gündə aylıq normanı üstələməsi halları, son illərin səciyyəvi tendensiyasına çevrilir.

Lent.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev bildirib ki, aprel ayının iki günü tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşıb, toplam 36 mm-lik miqdarla aylıq norma 152 faizə çatıb.

Bu da son 21 il ərzində ən yüksək göstəricidir: "Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi".

Xidmət rəisinin sözlərinə görə, regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8187
avatar

Oxşar yazılar