Bakıda qeyri-adi  HAVA:   Səbəb  AÇIQLANDI
22 iyun 2021 12:32 (UTC +04:00)

Bakıda qeyri-adi HAVA: Səbəb AÇIQLANDI

Havada toz dumanı davam edir.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. 

Toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid  isə 3.3 dəfə yüksək qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar