Bakıda Novruz şənliklərinin keçiriləcəyi yerlər AÇIQLANDI  - ÖZƏL
18 mart 2022 11:35 (UTC +04:00)

Bakıda Novruz şənliklərinin keçiriləcəyi yerlər AÇIQLANDI - ÖZƏL

Martın 19-u, 20-si və 21-i Bakıda Novruz bayramı tədbirləri keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyyətindən Lent.az-a verilən məlumata görə, sabah Nizami rayonunda konsert təşkil olunacaq:

“Paytaxtda kütləvi tədbirlər Dəniz kənarı Milli Parkda, İçəri şəhərdə və Fəvvarələr meydanında baş tutacaq. 
Sabah 19:00-dan isə Nizami rayonu, Heydər Əliyev parkında konsert olacaq. Bunu da Nizami rayonu təşkil edir”. 

Qeyd edək ki, bundan başqa sabah İçəri şəhərdə 17.00-da canlı musiqilər, alov şousu ilə bayram tədbiri başlayacaq. Saat 19:30-da isə bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150

Oxşar yazılar