Bakıda "Kənd çolpası” adı ilə  GÖRÜNMƏMİŞ İYRƏNCLİK  -  RƏSMİ
23 aprel 2021 18:41 (UTC +04:00)

Bakıda "Kənd çolpası” adı ilə GÖRÜNMƏMİŞ İYRƏNCLİK - RƏSMİ

Suraxanıda antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, qurumun əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində fəaliyyət göstərən Cəfərov Qabil Qadir oğluna məxsus quş kəsimi məntəqəsində yoxlama keçirib. Yoxlama zamanı müəssisədə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

Toyuq cəmdəklərinin mənşəyi məlum olmayan maddə ilə boyandığı, emal olunmuş toyuq cəmdəyinə süni şəkildə “kənd çolpası” görünüşü verildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı rənglə işlənmə prosesinə cəlb edilmiş 585 ədəd toyuq cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb, məhsul və mənşəyi məlum olmayan rəngləndirici maddə müsadirə edilib. Toyuq cəmdəkləri və boyamaq məqsədi ilə istifadə edilən maddənin laborator analizlərə cəlb olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4554
avatar

Nigar Adil

Oxşar yazılar