Bakıda dumanlı hava bu tarixə qədər DAVAM EDƏCƏK
01 mart 2023 11:51 (UTC +04:00)

Bakıda dumanlı hava bu tarixə qədər DAVAM EDƏCƏK

Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2 -si səhərədək fasilələrlə müşahidə olunacaq.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a bildirib ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir.

"Yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub.”

G.Məmmədova qeyd edib ki, Bakı, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Şabran, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astarada dumanlı hava şəraiti müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

"Müqayisə üçün bildirək ki, fevralda dumanlı günlər Abşeron yarımadasında 2012, 2013, 2014 , 2015, 2016, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə qeydə alınıb.  Lakin bu il fevral ayında Bakı şəhəri və onun ətrafında, əvvəlki illərdən fərqli olaraq 3 gün ərzində davamlı qatı duman müşahidə edilir".

# 1620
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39