Bakıda dönərdə at DNT-si aşkarladı
29 dekabr 2022 17:19 (UTC +04:00)

Bakıda dönərdə at DNT-si aşkarladı

Süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

AQTA-dan Lent.az-a verilən xəbərə görə, nümunələrin sınaq nəticəsinə əsasən, 5 pendir, 3 xama, 2 kəsmik, 9 ət və 3 toyuq dönəri olmaqla ümumillikdə 22 məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi və nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan Escherichia Coli bakteriyası aşkar olunub.

Qeyd edək ki, insanlar virulent E.Coli ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər. E.Coli ilə yoluxmanın əsas əlamətlərinə diareya, iştahasızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir.

Bundan əlavə, Agentlik əməkdaşları tərəfindən məhsulun etiketində bitki yağından istifadə edilməsi barədə qeydlərin mövcud olmamasına baxmayaraq, 1 süd məhsulunun tərkibində fitosterinlər, həmçinin 1 dönər məhsulunda isə at DNT-si aşkar edilib. 51 nümunənin müayinələri isə hazırda davam etdirilir.

Sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 2 müəssisədə (“Xırman” MMC və fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus “Dönərçi Baba” dönər evi) plandankənar yoxlama aparılıb. Yoxlama çərçivəsində hər 2 müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb, “Dönərçi Baba” dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.

Bundan əlavə, dönər evinə xammal kimi qəbul olunan çiy dönər istehsal edən müəssisədə, eləcə də monitorinq zamanı uyğunsuzluq aşkarlanmış digər sahibkarlıq subyektlərində qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələrinin rəhbərlərinə uyğunsuzluq aşkarlanan məhsulların satışdan çıxarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

AQTA bir daha qida təhlükəsizliyi sahəsində qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd əməllərdən yayınmağa çağırır. Agentlik tərəfindən əhalinin sağlamlığının, həmçinin istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini pozanlara qarşı sərt cəza tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.

Uyğunsuzluq aşkar edilmiş müəssisələrin siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Laborator nəticəsində uyğunsuzluq aşkar edilmiş sahibkarlıq subyektlərinə dair
MƏLUMAT

 

Sahibkarlıq subyekti

Məhsulun adı

Məhsulun istehsal tarixi

Məhsulun çəkisi

Laborator nəticələr

 
 

1.               

"Kaspian Prodakşn Layn" MMC

"Ağartı" əmtəə nişanlı
9% yağlılıqda kəsmik

04.11.2022

200 qr

E.Coli

 

2.               

"Həyat Qida" MMC

"Tək Süd" əmtəə nişanlı pendir

11.11.2022

6 kq

E.Coli

 

3.               

"Xırman" MMC

"Qaymaq" əmtəə nişanlı
duzsuz pendir

18.11.2022

300 qr

E.Coli

 

4.               

Fiziki şəxs Əsgərov Elşən Süleyman oğlu

"Hər Gün" əmtəə nişanlı "Yayla" pendiri

20.11.2022

250 qr

E.Coli

 

5.               

Fiziki şəxs Mehdiyev Vüsal

"Qarabağ Dadı" əmtəə nişanlı
40% yağlılıqda  "Bərdə" pendiri

12.11.2022

3 kq

E.Coli

 

6.               

"Şamaxı Dairy Farm" MMC

"Luga" əmtəə nişanlı 25% yağlılıqda xama

02.11.2022

350 qr

β-sitosterin

 

7.               

"Yurdum" əmtəə nişanlı 25% yağlılıqda xama

09.11.2022

175 qr

E.Coli

 

8.               

Fiziki şəxs Selman İbrahim

"Selman" əmtəə nişanlı 18% yağlılıqda Şokoladlı kəsmik

09.11.2022

400 qr

E.Coli

 

9.               

Fiziki şəxs Quliyev Kazım Camal oğlu

"Göyçə" əmtəə nişanlı 65% yağlılıqda xama

15.11.2022

200 qr

E.Coli

 

10.           

"İlkin-N" MMC

"Dərələyəz Mahal" əmtəə nişanlı pendir

01.11.2022

3 kq

E.Coli

 

 

Laborator nəticəsində uyğunsuzluq aşkar edilmiş sahibkarlıq subyektlərinə dair
MƏLUMAT

 

Sahibkarlıq subyekti

Ünvanı

Məhsulun adı

Laborator nəticələr

 
 

1.      

Fiziki şəxs Muradov Abdulla İbrahim oğluna məxsus
"Adana" dönər evi

Bakı şəhəri,Suraxanı rayonu, Yeni Suraxanı ştq, Yeni Günəşli qəs., ev 12S

ət dönəri

E.Coli

 

2.      

Fiziki şəxs Haqverdiyeva Həbibə İsmayıl qızına məxsus "Tuncayın Mətbəxi" iaşə müəssisəsi

Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 105b

ət dönəri

E.Coli

 

3.      

Fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus "Dönərçi Baba" dönər evi

Şəki şəhəri, M.F.Axundov prospekti

ət dönəri

E.Coli;
At DNT-si

 

4.      

Fiziki şəxs İbrahimov Elvin Rafiq oğluna məxsus "İncir" restoranı

Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küç., ev 2A

ət dönəri

E.Coli

 

5.      

Fiziki şəxs Absəlimov Vüsal Elşad oğluna məxsus "Lider" dönər evi

Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 55/12

ət dönəri

E.Coli

 

6.      

Fiziki şəxs Qarayev Mehmana məxsus "Bol" dönər evi

Mingəçevir şəhəri, M.Maqomayev küçəsi

toyuq dönəri

E.Coli

 

7.      

Fiziki şəxs Əliyev Malik Mehdi oğluna məxsus dönərxana

Beyləqan rayonu, Magistral küçəsi

toyuq dönəri

E.Coli

 

8.      

Fiziki şəxs Məmmədov İlkin Şükür oğluna məxsus iaşə müəssisəsi

Xaçmaz rayonu, Xaçmaz şəhəri, 1 nömrəli Sovxozun 4-cü şöbəsi

toyuq dönəri

E.Coli

 

9.      

Fiziki şəxs Allahverdiyeva Zenfira Teymur qızına məxsus "Köz Piliç" kafesi

Xaçmaz rayonu, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 262

ət dönəri

E.Coli

 

10.  

Fiziki şəxs Orucəliyev İftixar Cabir oğluna məxsus "Lüks" dönər evi

Quba şəhəri, 223-cü Diviziya küçəsi

ət dönəri

E.Coli

 

11.  

Fiziki şəxs Musayev Gülyar Asəf oğluna məxsus
"Tatlı Köz Dönər" restoranı

Quba şəhəri, məhəllə 29

ət dönəri

E.Coli

 

12.  

Fiziki şəxs Tahirov Elvin Kamran oğluna məxsus
"Manqallı Dönər" restoranı

Quba şəhəri, Qəçrəş yolu

ət dönəri

E.Coli

 
# 2463
avatar

Oxşar yazılar