Qarlı və küləkli hava şəraiti səbəbindən Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
***
20 fevral, saat: 22:06
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mövcud hava şəraiti ilə əlaqədar paytaxtın bəzi yollarında sürət həddi azaldılıb.
Lent.z xəbər verir ki, Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.
Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub.
Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.