Bakıda AĞAC SOYQIRIMI:  1 hektar ərazi məhv edildi
15 noyabr 2022 15:29 (UTC +04:00)

Bakıda AĞAC SOYQIRIMI: 1 hektar ərazi məhv edildi

Bakıda 1 hektarlıq ərazidə ağacların sökülməsi ilə bağlı sakinlər narazılıq bildiriblər.

Lent.az-ın məlumatına görə, Səbail rayonu, Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsi 12 b ünvanında təxmini 1 hektarlıq ərazidə ağacları ekskavatorla kökündən çıxarırlar. 

Həmin ərazidə yaşayan sakinlər burada bina tikmək istəyən sahibkarın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiyi, lakin Ekoloji Ekspertizanın ona rəy vermədiyini bildiriblər. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12 b ünvanında ağacların texnika vasitəsilə kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsindəki  ağacların müvafiq  rəy olmadan ərazinin hüdudları daxilində digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib:

“Faktla  bağlı əraziyə cavabdeh vətəndaş Zaur Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib”.

# 3546
avatar

Arzu Qurbanlı

Oxşar yazılar