Bakıda 6 yeni məktəb tikilir - RƏSMİ
29 dekabr 2020 12:19 (UTC +04:00)

Bakıda 6 yeni məktəb tikilir - RƏSMİ

2020-ci ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub.

Qurumdan Lent.az-a verilən məlumata görə, zəruri ehtiyac olan ərazidə 1 yeni məktəbin (Hövsan qəsəbəsi) tikintisi tamamlanıb.

Ehtiyac olan 1 məktəbin tam olaraq və  2 məktəbin isə tədris korpuslarının əsaslı təmiri işləri həyata keçirilib, 117 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

Hazırda ehtiyac olan ərazilərdə 6 yeni məktəbin və 2 məktəb üçün əlavə tədris korpuslarının tikintisi davam edir. 2 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, 1 məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası da nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar