Bakı şəhərində ağacların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
17 avqust 2021 09:33 (UTC +04:00)

Bakı şəhərində ağacların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

0

Binəqədi rayonu Mir Cəlal küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. 

Bununla bağlı Lent.az-a qurum rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və  təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

"Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2763

Oxşar yazılar