Bağçadakı  "yaralı körpələr":   “Zəfərimizi kiçildirik”
08 noyabr 2022 18:27 (UTC +04:00)

Bağçadakı "yaralı körpələr": “Zəfərimizi kiçildirik”

Bakıda uşaq bağçalarının birində Zəfər günü ilə əlaqədar keçirilən tədbirdə uşaqların qazi obrazına salınması, ayaqlarının, başlarının sarılması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bu görüntülər sosial şəbəkəni iki yerə bölüb. Bəziləri bu cür tədbirin keçirilməsinin əleyhinə olsa da, digərləri əksinə, dəstəkləyib. 

Təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki, uşaq bağçalarının 2011-ci ildə icra hakimiyyəti orqanlarına verilməsindən sonra bir neçə istiqamətdə ciddi problemlər yaranmağa başlayıb. 

Onun sözlərinə görə, uşaq bağçaları 10 il geriyə düşüb: 

“2021-ci ilin dekabr ayında prezidentin sərəncamı ilə uşaq bağçaları Elm və Təhsil Nazirliyinə verilməsinə baxmayaraq, hələ də bəzi problemlər qalmaqdadır. Hər hansı tədbir keçirərkən uşaqların yaş xüsusiyyəti və psixologiyası mütləq nəzərə alınmalıdır. Bu o deməkdir ki, heç bir halda uşaqların yaş xüsusiyyətinə, psixologiyasına uyğun olmayan tədbirin keçirilməsi, onlara bu cür rolların verilməsi düzgün deyil.

2008-ci ildən ölkədə tətbiq edilən kurikulum standartlarından biri uşaqların oyunlar vasitəsilə öyrədilməsidir. Bu zaman şagirdlərin yaşı və onların psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Çox təəssüf ki, yayılan videoda da gördüyü kimi, rollu oyunlar vasitəsilə şagirdlərə yanlış informasiya verirlər.

Əsgərliyə, müharibəyə getməyi uşaqlar səhv anlayırlar. Biz belə etməklə böyük zəfərimizi kiçildə bilərik. Heç bir halda müharibədə ölüm, yaralanma kimi fikirlərin uşaqların şüuraltına yeridilməsinə imkan verilməməlidir. Bu cür rollu tədbirlər uşaqların psixologiyasına mənfi təsir göstərir. Azyaşlı uşaqlara bu cür rollar vermək heç bir halda müsbət qiymətləndirilə bilməz”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, uşaq bağçalarında bu cür tədbirləri özbaşına keçirmək düzgün deyil:

“Əvvəlcədən psixoloqlarla mütləq məsləhətləşib etmək lazımdır. Bununla bağlı aidiyyatı qurumlar tədbirlər görməlidir. Uşaqların qazi rolunu canlandırması, onların sarıqlı halda rol oynaması düzgün deyil. Digər  tərəfdən, bu, uşaqların psixologiyasına təsir edir. Uşaqlarda vətənpərvərlik hissi, müharibənin nəticələri ilə bağlı fikir yaratmaq üçün başqa vasitələrdən istifadə etmək olar”. 

Maraqlıdır, görəsən, bu cür tədbirlər uşaqların psixologiyasına necə təsir edir?

Psixoloq Aytən Ələkbərova qeyd edib ki, bir insanı təqdim etməkdən ötrü, bir hadisəni uşaqlara çatdırmağımız üçün şüurlu şəkildə atdığımız addımlardan çox şey asılıdır. 

Onun sözlərinə görə, bu gün qalib bir ölkə kimi vətənpərvərlik hissini uşaqlara aşılamaq bağçalardan başlayır:

“Əgər biz bu dəyərləri, hisləri uşaqlara düzgün aşılasaq, əlbəttə, uşağın psixologiyasına heç bir mənfi təsiri olmaz. Bu cür tədbirlər uşaqların gələcəkdə fəal gənc kimi yetişməsinə kömək edir. Bir fəal gəncin yetişməsi bağçadan başlayır”.

# 2424
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Yanvar Avropada tarixdə  ən isti   aylardan biri olub

Yanvar Avropada tarixdə ən isti aylardan biri olub

9 fevral 2023 , 01:13
Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO  - VİDEO

Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO - VİDEO

8 fevral 2023 , 22:28
FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO  - VİDEO

FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO - VİDEO

8 fevral 2023 , 21:49
Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

8 fevral 2023 , 18:58
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

8 fevral 2023 , 18:45
Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

8 fevral 2023 , 18:27
Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

8 fevral 2023 , 17:55
XƏBƏRDARLIQ: Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq

XƏBƏRDARLIQ: Hava şaxtalı olacaq, yollar buz bağlayacaq

8 fevral 2023 , 16:37