Azərbaycanda üçüncü doza peyvənd vurulması  QAÇILMAZDIR  - Alimdən  AÇIQLAMA
02 iyul 2021 14:11 (UTC +04:00)

Azərbaycanda üçüncü doza peyvənd vurulması QAÇILMAZDIR - Alimdən AÇIQLAMA

“Koronavirus infeksiyasının yeni variantı olan “Delta” dünyada sürətlə yayılmağa davam edir”.

Bu sözləri Lent.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib. O bildirib ki, Almaniyada yeni yoluxmaların 35 faizini artıq “Delta” ştammı təşkil edir:

Azərbaycanlı alim Nuran Abdullayev

“Önümüzdəki günlərdə bunun 50 faizə, bir neçə həftə keçdikdən sonra isə 100 faizədək artması gözlənilir.

Bundan başqa, hazırda nümunəvi aparılan peyvəndləmə strategiyasına baxmayaraq, İngiltərədə ümumi yoluxmaların 50 faizə qədəri də “Delta” variantına yoluxanların payına düşür. Onlar arasında az sayda olsa belə hər iki dozanı almış şəxslər var”.

N.Abdullayev əlavə edib ki, İsraildə əhalinin 60 faizi artıq yüksək effektli peyvənd olunub:

“Amma orada da adıçəkilən ştamm sürətlə yayılır və yoluxan şəxslərin 40-50 faizini hər iki doza peyvənd alan şəxslər təşkil edir. İsrail də daxil olmaqla bir çox ölkələrdə artıq üçüncü doza peyvəndin vurulmasının vacibliyi müzakirə olunur və bununla bağlı qərarlar qəbul edilir.

Düşünürəm ki, Azərbaycanda da üçüncü doza peyvəndin vurulması qaçılmazdır. Təhlükəli olan “Delta” variantının qarşısını almaq üçün mütləq buna əməl olunmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2211
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar