Azərbaycanda son sutkada koronavirusa  YOLUXMA STATİSTİKASI
23 oktyabr 2022 16:37 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 954 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 662 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 355 nəfərdir.

Ölkədə son sutka ərzində 1 886, hazırkı dövrədək isə 7 305 712 test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

Oxşar yazılar