Azərbaycanda son sutkada koronavirusa yoluxma
27 fevral 2022 15:38 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirusa yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1041 yeni yoluxma faktı qeydə alınıb, 2 693 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 785 301 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 764 283 nəfər müalicə olunaraq sağalıb, 9400 nəfər vəfat edib, aktiv xəstə sayı 11 618 nəfərdir.

Ölkədə son sutka ərzində 7 849, hazırkı dövrədək isə 6 551 104 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar