Azərbaycanda  ŞOK OLAY:   2 yaşlı uşağı qonşuya atıb getdilər - YENİLƏNİB
05 oktyabr 2021 14:37 (UTC +04:00)

Azərbaycanda ŞOK OLAY: 2 yaşlı uşağı qonşuya atıb getdilər - YENİLƏNİB

Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.

Bu barədə Lent.az-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyəti qurumlar da məlumatlandırılıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verib. Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir".

***

saat 11:32

Azərbaycanda valideynlər görünməmiş yola əl atıblar.

Lentaz bildirir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağının səhifəsində məlumat yayılıb. Qeyd edilib ki, ailə 2 yaşlı uşağını qonşuya müvəqqəti baxması üçün verib:

"Neçə gündür uşağı götürmədiklərinə görə, qonşu uşağın atasına zəng edib. Atası bildirib ki, mənə uşaq lazım deyil. Anaya isə zəng çatmır. Qonşu bildirir ki, artıq balacaya baxa bilmədiyi üçün sığınacağa gətirib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7703

Oxşar yazılar