Azərbaycanda  qazın qiyməti qaldırılır?   - AÇIQLAMA
12 avqust 2022 19:14 (UTC +04:00)

Azərbaycanda qazın qiyməti qaldırılır? - AÇIQLAMA

Hazırda Azərbaycanda qaza olan qiymətlərin dəyişdirilməsi məsələsi gündəmdə deyil.

Lent.az-ın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyi baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qaza olan tariflərin dəyişdirilməsi məsələsinə qiyməti tənzimliyən Tarif Şurasında baxılır və hazırda qiymətlərin dəyişdirilməsi məsələsi gündəmdə yoxdur.

Xatırladaq ki, avqust ayının 1-nə olan məlumata görə, “Azəriqaz” üzrə ümumi abonentlərin sayı 2 473 107 təşkil edib (əhali – 2 434 771 abonent, qeyri-əhali – 38 336 abonent).

# 2736
avatar

Oxşar yazılar